
Bakıda külək 20 kiloluq daşları yerə saldı - FOTOLENT
Dünən gecə davam edən güclü külək fəsadlara səbəb olub.
Lent.az-ın məlumatına görə, paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində 29 saylı uşaq-böyrək sanatoriyasının sovet dönəmindən qalma aqlay örtüyü uçub. Fasad daşlarının uçması gecə saatdan 2-dən 3-dək davam edib. Ağırlığı 20 kq ətrafında olan daşlar binanın giriş-çıxış hissəsinə düşüb. Hadisə gecə saatlarında olduğu üçün xoşbəxtlikdən xəsarət alan olmasa da, vətəndaşların su xəttinə zərər dəyib. Digər təhlükəli tərəf isə, daşların düşdüyü yerdə içərisində ailə yaşayan "şifer"li evin olmasıdır. Fotolardan da göründüyü kimi, növbəti belə hadisə zamanı 20 kq-lıq daşların evə düşmə ehtimalı böyükdür.
Qeyd edək ki, sözügedən binada 20 ildən artıqdır ki, işğal altında olan müxtəlif rayonlardan məcburi köçkünlər yaşayırlar. Onu da bildirək ki, yaşayış üçün nəzərdə tutulmayan binanın zirzəmisi kanalizasiya suları ilə dolduğundan sakinlər rütubət və onun fəsadlarından əziyyət çəkirlər.
Oxşar yazılar

Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44
Sabirabadda 76 yaşlı kişi zəhərlənib öldü
15 iyul 2025 , 17:17