Bakıda körpə doğuş zamanı ölüb
07 aprel 2015 11:51 (UTC +04:00)

Bakıda körpə doğuş zamanı ölüb

0
 Bakıda doğuş zamanı körpə ölümü baş verib.

 

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatanda yerləşən 4 saylı Doğum Evində qeydə alınıb. Gülnur Bəhruz qızı Şahverdiyevanın dünyaya gətirdiyi uşaq ölüb. Uşağın hansı səbəbdən ölməsi hələlik məlum deyil.

 

4 saylı Doğum Evindən APA-ya faktı təsdiqləsələr də, əlavə açıqlama verilməyib.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar