Bu gün Bakıda köməksiz vəziyyətdə qalan 3 nəfər xilas olunub. Lent.az-ın Fövqaladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakının Binəqədi rayonu ərazisində mənzillərdən birində baş verib. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, mənzillərin birində 3 nəfər köməksiz vəziyyətdə qalıb.
Məlumat daxil olduqdan dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Onlar öz növbələrində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə daxil olublar. Xüsusi avadanlıqlar vasitəsi ilə eyvandan daxil olaraq, qapını açıblar. Əməliyyat saat 16.27-də başa çatıb.