Bakıda kişi qadının maşınının qarşısını kəsib...
05 oktyabr 2014 13:17 (UTC +04:00)

Bakıda kişi qadının maşınının qarşısını kəsib...

0

Bakı şəhərinin Yasamal rayonunda xuliqanlıq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə müraciət edən 1972-ci il təvəllüdlü Abbasova Leyla Aleks qızı tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib. 42 yaşlı qadın qeyd edib ki, özünə məxsus olan “Nissan X Trail” markalı avtomobillə İ.Qutqaşınlı küçəsində hərəkətdə olarkən “Mercedes” markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Mübahisə zəminində həmin avtomobilin sürücüsü avtomobildən düşərək qadını maşının qarşısını kəsib və taxta parçası ilə maşını əzməyə başlayıb.

 

Qadının maşınına ziyan dəyib. Xuliqanlıq əməli törətmiş həmin şəxsin kimliyi məlum deyil. Müraciət əsasında araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2590

Oxşar yazılar