Bakıda bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Dərnəgül qəsəbə sakini, 1982-ci il təvəllüdlü Əsədov İlham Vahid oğlu Suraxanı rayonu, Bülbülə qəsəbəsində işlədiyi “Textərtibat” ASC-də hündürlükdən yıxılıb. İ.Əsədov kəllə-beyin travması ilə 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
32 yaşlı İ.Əsədovun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.