Bakıda işə düzəlmək istəyən şəxsdən 5300 manat aldılar
21 dekabr 2014 15:30 (UTC +04:00)

Bakıda işə düzəlmək istəyən şəxsdən 5300 manat aldılar

0

Bakıda daha bir dələduzluq hadisəsi qeydə alınıb. Lent.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsi, 8-ci Polis Bölməsinə müraciət edən 1992-ci il təvəllüdlü Asulov Aslanbəy Tofiq oğlu bildirib ki, onun 5300 manat pulu mənimsənilib.

 

Şikayətçi qeyd edib ki, mayın 15-də Salyan yolu küçəsi 30-un qarşısında tanışı, 1984-cü il təvəllüdlü Rüstəmov Cabir Nəriman oğluna onu işə düzəltməsi üçün 5300 manat verib. lakin C.Rüstəmov vədinə əməl etməyib və pulu qaytarmaqdan da imtina edib.

 

Müraciət əsasında zəruri araşdırmalar həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar