Bakıda oteldə qarət hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsindən vesti.az-a verilən xəbərə görə, 50 yaşlı Bakı sakini Emin Babayev (ad şərtidir-red) sentyabrın 21-də “Sərin” otelində görüşdüyü Aysel adlı qadının onun 3 min 250 manat və 200 dollarını oğurladığını bildirib. E.Babayevin sözlərinə görə, pulları hamamda olarkən oğurlanıb. Hamamdan çıxan E.Babayev pullarının cibində olmadığını görüb.
Faktla bağlı araşdırma aparılır.
Bir neçə il əvvəl 23-cü polis bölməsinin əməkdaşları da bu fakta bənzər bir hadisə ilə qarşılaşmışdılar. Qurbanov soyadlı kişinin pulları şalvarıyla birlikdə oğurlanmışdı. Qurbanov da hamamda olan zaman pulları oğurlanmışdı.