Bakı şəhərinin Sabunçu rayonu ərazisində dəhşətli hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata gör, Balaxanı qəsəbəsinin Müsavat küçəsi 62 ünvanında yanğın hadisəsi baş verib. Yanğın mənzildəki yataq dəstini əhatə edib və evi tüstü bürüyüb. Hadisə vaxtı mənzildə olan 2-ci qrup əlil, 1968-ci il təvəllüdlü Məmmədov Məmmədəli Aqil oğlu elə yataqdaca yanaraq ölüb.
Verilən məlumata görə, M.Məmmədov spirtli içki aludəçisi olub. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.
Faktla əlaqədar ekspertizalar təyin edilib, araşdırmalar aparılır.