Bakıda iki yanğın oldu
25 iyun 2015 00:47 (UTC +04:00)

Bakıda iki yanğın oldu

0

Bakıda ötən gün iki yanğın hadisəsi qeydə alınıb

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə, yaxınlıqda yığılmış 3 ton ot bağlaması və 10 ədəd avtomobil təkəri yanıb. Yüksək temperaturdan tövləyə yaxın olan evin 1 ədəd plastik qapısı 2 kv.m sahədə əriyib. Yanğın  zamanı tövlədən 5 baş iribuynuzlu heyvan, 20 ədəd toyuq yanğınsöndürənlər tərəfindən xilas edilib. Tövlənin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

 

Paytaxtın Nizami rayonunda isə ümumi sahəsi 550 kv.m olan, bir-birinə bitişik tikilmiş anbarların birinin dam ötüyünün yanar konstruksiyaları 220 kv.m sahədə, içərisində olan stomatoloji cihazlar  və bərbərxana ləvazimatları yanıb. Bitişik anbarlar yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar