Bakıda iki qadını avtomobil vurdu
12 oktyabr 2019 22:00 (UTC +04:00)

Bakıda iki qadını avtomobil vurdu

0
 
 
 
Nərimanov rayonunda piyadaları avtomobil vurub.
 
APA xəbər verir ki, 1951-ci il təvəllüdlü Axundova Tamara Məmmədhüseyn qızı Ayna Sultanova heykəlinin yaxınlığında yolu keçmək istəyərkən onu avtomobil vurub.
 
Digər hadisə isə Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində baş verib.
 
Belə ki, piyada üçün müəyyən edilməmiş hissədən keçən 1975-ci il təvəllüdlü İbrahimova Könül İsa qızını avtomobil vurub.
 
Yaralılar xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2514

Oxşar yazılar