Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin Cavanşir körpüsünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olub.
Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaşlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:47-də başa çatıb.