Bakıda iki ev yandı
11 fevral 2016 01:26 (UTC +04:00)

Bakıda iki ev yandı

0

Bakıda iki yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 64 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Daha bir yanğın  Sabunçu rayonunda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 2 otağının, yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 215

Oxşar yazılar