Bakıda iki binada yanğın olub
07 fevral 2016 15:03 (UTC +04:00)

Bakıda iki binada yanğın olub

0

Bu gün Bakının müxtəlif hissələrində yanğın qeydə alınıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 6-cı mərtəbəsində quraşdırılmış 30 ədəd elektrik sayğacının 8 ədədi yanıb. Yaxınlığdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 09:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bundan başqa Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 kv.m olan 2 otaqlı mənzilin 1 otağında təmir işləri aparılan zamanı döşəmə 0.5 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:30-da söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar