Bakıda idman avtomobili ilə “avtoşluq” edən şəxs tutuldu
27 sentyabr 2014 10:29 (UTC +04:00)

Bakıda idman avtomobili ilə “avtoşluq” edən şəxs tutuldu

Bakıda ikiqapılı idman avtomobili ilə “avtoşluq” edən şəxs saxlanılıb. Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsi, Sülh küçəsində Bakı şəhər sakini Sənani Abdulrəhmanov idarə etdiyi «Hyundai-Veloster» markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün orada xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı həmin avtomobilin Göyçay rayon sakini Aqil Yusifova məxsus olması və sentyabrın 26-na keçən gecə onun kirayədə yaşadığı Bakıxanov qəsəbəsi, yeni yaşayış sahəsindəki evinin qarşısından S.Abdulrəhmanov tərəfindən qaçırıldığı müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1678
avatar

Oxşar yazılar