Bakı şəhərinin Sabunçu rayonu ərazisində naməlum kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ramanı qəsəbəsinin mərkəzi yolunun kənarında 35-40 yaşlı kişiyə məxsus meyitin olması barədə məlumat daxil olub. Məlum olub ki, küçədə ölən şəxs Gürcüstan vətəndaşıdır. Onun evsiz-eşiksiz olduğu və küçələrdə yaşadığı bildirilib.
Ölən şəxsin üzərindəki bütün sənədlər gürcü dilində olduğundan onun şəxsiyyətini hadisə yerindəcə müəyyənləşdirmək mümkün olmayıb. Araşdırmalar davam etdirilir.