Bakıda güclü külək fəhləni binadan atıb
08 fevral 2016 11:23 (UTC +04:00)

Bakıda güclü külək fəhləni binadan atıb

0

Bakıda tikintidə faciə baş verib. Səbail rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb. Tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev binadan yıxılaraq ölüb.

 

İlkin məlumata görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar