Bakıda gecə klubunda gənc qadına qarşı zorakılıq olub. Lent.az-ın məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən 1989-cu il təvəllüdlü Şeydayeva Aynur Səhrab qızı Bibiheybət qəsəbəsində yerləşən “Energy” klubda tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib. 26 yaşlı qadın qeyd edib ki, avqustun 2-də gecə saat 03:30 radələrində klubda tanımadığı şəxs mübahisə zəmində onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.
Müraciət əsasında araşdırma aparılır.