Maşını arxaya verdi, oğlunu vurdu
İyulun 7-də saat 23.00 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində Elnur Həsənov “Hyundai Santa Fe” markalı avtomaşını arxaya verərkən oğlu, azyaşlı Mübarizi vurub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Elnur Həsənov Mübarizi xəstəxanaya apararkən Maştağa-Zabrat şosesində avtomaşınını qarşıda gedən Bakı şəhər sakini Vidadi Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşına çırpıb.
Nəticədə Vidadi Qasımovun xəsarət almış sərnişinləri, anası Xədicəyə, arvadı Səadətə və Sevda Bayramovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Mübariz isə ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.