Bakıda əxlaqsızlıq yuvası təşkil edən daha bir şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də əxlaqsızlıq yuvası saxlanılan "Edem" masaj salonunun sahibi Rusiya Federasiyasının vətəndaşı Tumisa Mitayeva tutulub.
Araşdırmalar davam etdirilir.