Bakı şəhər sakini Fatma Cahangirova qadınları fahişəliyə cəlb etdiyinə və mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb. Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fatma Cahangirova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə və Nəsimi rayonu ərazisindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.