Bakıda evə basqın etdilər
07 oktyabr 2019 11:51 (UTC +04:00)

Bakıda evə basqın etdilər

Bakıda evdə basqın olub.
 
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olan 5 nəfərin ona fiziki zor tətbiq edərək oradan 400 manat və mobil telefon aparmalarını bildirib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb.
 
Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar