İyunun 6-da Bakı şəhərinin Qaradağ rayonu ərazisində partlayış hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sahil qəsəbəsində 23 yaşlı Vüsal Məlikovun evinin hamam otağında qaz sızmasından ani partlayış olub. Partlayış yanğına keçməsə də dağıntıya səbəb olub. Ev sahibi 23 yaşlı V.Məlikov ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır.