APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan iki otaqlı mənzilin mətbəx mebeli 2 kv.m sahədə yanıb, yüksək temperaturdan soyuducu əriyib.
Yanğınsöndürənlər tərəfindən 1 nəfəri tüstüdən zəhərlənmiş halda mənzildən çıxarılıb və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.