Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə, döşəməsi 4 m² sahədə və içərisində 1 ədəd kondisioner yanıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.