Bakıda Nizami rayonu ərazisində yaşayış binasında yanğın olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı və 4 p.m elektrik naqilləri yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.