Bakıda ər arvadını öldürməyə cəhd edib. APA-nın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun birgə məlumatında bildirilir ki, iyulun 23-də saat 15 radələrində paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən “Meridian” şadlıq sarayının yaxınlığında Quliyev Sənan Əli oğlu ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla 1993-cü il təvəllüdlü arvadı Hüseynova Vüsalə Vüqar qızını qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib.
Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, həmin cinayətin törədilməsində şübhəli bilinən S. Quliyev tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.