Bakıda ər arvadını balta ilə döyüb
20 dekabr 2014 10:23 (UTC +04:00)

Bakıda ər arvadını balta ilə döyüb

0

 

 

Bakıda ər həyat yoldaşını döyüb.

 

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 43 yaşlı Mömünə Çerpanova həyat yoldaşı tərəfindən döyülüb. M. Çerpanova həkimlərə ərinin ona balta ilə xəsarət yetirdiyini deyib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan APA-ya bildirilib ki, hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi məlumatlandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar