Bakıda Kürdəmir rayon sakinlərində marixuana aşkarlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 29-cu polis polis bölməsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Aqil Əbilovdan 355 qram, Niyaməddin Abbasovdan 370 qram, qardaşı Seyfəddindən isə 350 qram marixuana aşkar olunaraq götürülüb.
Suraxanı rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə, əvvəllər məhkum olunmuş Ceyhun Əliyevdən 455 qram marixuana aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.