Bakıda yanğın hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin birinci mərtəbəsində quraşdırılmış 12 ədəd elektrik sayğacı yanıb.
Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 22:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.