Bakıda doğuş faciəsi
05 oktyabr 2014 17:53 (UTC +04:00)

Bakıda doğuş faciəsi

0

Bu gün Bakıda doğuş zamanı daha bir uşaq ölümü qeydə alınıb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, 25 yaşlı Misirova Əfsanə Salman qızı bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib. 

 

İlk növbədə evə çağırılan təcili tibbi yardım vasitəsilə Nizami rayonunda Çobanzadə küçəsində yerləşən 7 saylı xəstəxanaya aparılan qadın orada qəbul etməyiblər. Bundan sonra o, yaxınları tərəfindən Respublika Perinatal Mərkəzinə gətirilib. Mərkəzdə qeysəriyyə əməliyyatı ilə doğuş həyata keçirilib. Lakin əməliyyatdan 3 saat sonra uşaq tələf olub.

 

Əfsanə Misirovanın atası Salman Eminovun sözlərinə görə, uşağın tələf olmasında günahkar həkimlərdir: “Həkimlərdən səbəbini soruşuruq. Bizə heç bir cavab vermirlər. Uşağı heç bizə də göstərməyiblər. Neçə ildir bu uşağı gözləyirdik. Axırı belə oldu”.

 

Onun sözlərinə görə, ananın vəziyyəti hazırda normaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2720

Oxşar yazılar