Bakıda Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışa verilmiş şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB 1981-ci il təvəllüdlü Faiq Səfərovu, Nəsimi RPİ 20-ci PB 1958-ci il təvəllüdlü Elman Əliyevi, Nizami RPİ 25-ci PB 1959-cu il təvəllüdlü Sahib Əliyevi, Yasamal RPİ 29-cu PB əməkdaşları isə 1974-cü il təvəllüdlü Bəxtiyar Novruzovu yaxalayaraq istintaqa təhvil verib.
Hər bir dələduzluq faktı ilə bağlı araşdırma aparılır.