Bakının Xətai rayonunda daha bir dəhşətli qətl törədilib.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 3-də qeydə alınıb. Xətai rayon sakini Reyhan Qaçayevanın çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti yaşadığı mənzildə tapılıb.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, dünən Xətai rayonunda ər həyat yoldaşını boğaraq qətlə yetirib.