Dekabrın 4-də Bakıda dəm qazından 5 nəfər ölüb. Lent.az-ın daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonu ərazisində yaşayan Kamran Ələddinov, Xətai rayonunda yaşayan Sadiq Məhərrəmovun evində qızı Şahnaz və onun əri Tural Verdiyev, Novxanı bağlar yaşayış sahəsində yaşayan Musa Məmmədov və arvadı Palmira mənzillərində dəm qazından zəhərlənərək ölüb.
Hər 3 faktla əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, Xətai rayonunda dəm qazından zəhərlənərək ölən T.Verdiyev və həyat yoldaşı Ş.Məhərrəmovanın 24 yaşı olub. Onlar yeni ailə qurubmuş.
****
11.10
Bakıda dəhşət: təzə evlənən gənclər öldü
Bakıda daha iki nəfər dəm qazından ölüb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhərindən qonaq gəlmiş və Naximov küçəsi 69 ünvanındakı qohumlarının evində qonaq olan 1989-cu il təvəllüdlü Verdiyev Tural Firuz oğlu və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Məhərrəmova Şahnaz Sadiq qızı dəm qazından zəhərlənib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənclərin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır. T.Verdiyev və Ş.Məhərrəmova bir neçə ay əvvəl ailə qurubmuş.