Bakıda daha iki nəfər özünü öldürüb
18 iyun 2013 12:38 (UTC +04:00)

Bakıda daha iki nəfər özünü öldürüb

Bakı şəhərinin Yasamal rayonu ərazisində daha bir intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Alatava qəsəbəsi ev 2 ünvanında 1974-cü il təvəllüdlü Qayıblı Fərman Böyükağa oğlu özünü asaraq intihar edib. Onun meyiti yaşadığı mənzildən tapılıb.

 

Oxşar hadisə Suraxanı rayonunda da baş verib. Şərq yaşayış massivi yaxınlığında, “Lukoil” YDM-nin qarşısındakı yarımtikilidə 30-35 yaşlı kişi özünü asaraq intihar edib.

 

Hər iki faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1292
avatar

Nizam Rza

Oxşar yazılar