Oktyabrın 10-da Bakıda sərnişin avtobusunda ölüm hadisəsi olub. lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nizami rayonu ərazisində 214 saylı xətt avtobusunda Bakı şəhər sakini Qabil Əzizov infarktdan ölüb.
Qeyd edək ki, oktyabrın 8-də Xətai rayonu ərazisində də sərnişin avtobusunda ölüm hadisəsi baş verib.