Bakıda daha bir avtobus qəzası: yaralılar var
26 aprel 2013 17:17 (UTC +04:00)

Bakıda daha bir avtobus qəzası: yaralılar var

0

Bu gün saat 15:50 radələrində Bakının Binəqədi rayonu ərazisində daha bir avtobus qəzası baş verib. Lent.az-ın məlumatına görə, hadisə barədə şahidlər anspress-ə bildiriblər. Balaxanı-Novxanı yolunda, 4 yolun ayrıcında 123 saylı avtobusla “KamAZ” markalı yük maşını toqquşub. Qəza nəticəsində avtobusda sərnişinlərdən bir neçəsinin yaralandığı bildirilib.

Rayon Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşları qəza olan əraziyə göndərilib. Hələlik ətraflı məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2099

Oxşar yazılar