Bakıda çörək sexindən qızıl oğurlayan kişi saxlanıldı
04 oktyabr 2014 10:34 (UTC +04:00)

Bakıda çörək sexindən qızıl oğurlayan kişi saxlanıldı

0

Bakıda oğurluq və soyğunçuluqda şübhəli bilinən şəxslər yaxalanıb. Lent.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sentyabrın 30-da A.Şərifzadə küçəsində yerləşən un məmulatları sexinin geyim otağından orada işləyən İlahə Allahverdiyevaya məxsus, içərisində 2190 manat, 2 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsi olan əl çantasını oğurlanıb. Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Etibar Hüseynov tutulub.

 

Oktyabrın 2-si saat 22.00 radələrində Sabunçu qəsəbəsində naməlum şəxs Taleh İbrahimovun sifət nahiyəsindən vuraraq onun 700 manat pulunu və mobil telefonunu alıb. Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Seymur Hüseynov saxlanılıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 897

Oxşar yazılar