Ağcabədi rayon sakini 5 kiloqramdan artıq ağ civəni satarkən tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Barat Şirinov 5 kiloqram 130 qram ağ civəni satarkən yaxalanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.