Bu gecə Bakı şəhəri, Yasamal rayonunda sahibləri məlum olmayan obyektlər yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bitişik tikilmiş ümumi sahəsi 30 kv.m olan vaqon tipli çayxananın yanar konstruksiyaları, ümumi sahəsi 60 kv.m olan avtoyuma sexinin içərisində olan müxtəlif avadanlıqlar 3 kv.m sahədə və ümumi sahəsi 18 kv.m olan dərzi sexinin tavanı 10 kv.m sahədə yanıb. Tikililərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.