Bakıda döyülərək və boğularaq öldürülən şəxsin kimliyi məlum olub.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 25-də paytaxtın Ağa Nemətulla küçəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Rauf Hacıyev döyülərək və daha sonra boğularaq qətlə yetirilib.
Həyata keçirilən tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1993-cü il təvəllüdlü Vadim Mixayloviç tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.