Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisini su basması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın istilik sistemində baş vermiş qəza səbəbindən zirzəmini su basıb və həmin vaxt orada olan 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zirzəmiyə daxil olub və vətəndaşı xilas edilib.