Bakıda binada və "BMW"-də yanğın olub
07 sentyabr 2016 04:35 (UTC +04:00)

Bakıda binada və "BMW"-də yanğın olub

0

Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. APA-nın FHN-nin saytına istinadın verdiyi xəbərə görə, yanğın nəticəsində binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində yerləşən elektrik qutusunda 7 ədəd elektrik sayğacı yanıb. Bina yanğından mühafizə olunub.  

 

Bundan başqa,  paytaxtın Xətai rayonunda yanğın hadisəsi qeydə alınıb.   Vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar