Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 23-də Xətai rayonunun Mingəçevir küçəsində Bakı şəhər sakini Ağadədə Ağazadə münaqişə zəminində paytaxt sakini Əfqan Rzayevə bıçaqla xəsarət yetirib.
Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Ağazadə tutulub.
Araşdırma aparılır.