Sentyabrın 23-də Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 21:30 radələrində B.Nuriyev küçəsində yaşayan Mehdi Qasımov bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Etibar Mehdiyev Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.