Bakıda baş verən yol-nəqliyyat hadisələrində üç nəfər ölüb.
Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də saat 12 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı şəhər sakini Heybət Cəbrayılovun idarə etdiyi “Nissan” və Ağdam rayon sakini Alı Vəliyevin idarə etdiyi “QAZ-33021” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş A.Vəliyev orada ölüb.
Avqustun 14-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Cahangir Cahangirov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bakının Nəsimi rayonunda isə iyul ayının 29-da saat 12 radələrində Bakı şəhər sakini Nizami Mayılov idarə etdiyi “Cherry” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salamovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada avqustun 14-də orada ölüb.
Hər bir faktla bağlı araşdırma aparılır.