Bakıda baş həkimin müavini özünü xəstəxanada öldürdü
25 sentyabr 2014 16:22 (UTC +04:00)

Bakıda baş həkimin müavini özünü xəstəxanada öldürdü

Bakıda intihar hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Qara Qarayev küçəsi 69 ünvanında yerləşən “Xəzər” klinikasında qeydə alınıb.

 

Həmin klinikada təsərrüfat işləri üzrə müdir müavini işləyən Nəbiolla Heydərli iş otağında özünü asaraq intihar edib.

 

Mərhumun özünü asmasının ilkin səbəbləri məlum olub. Şahidlərin bildirdiyinə görə, Nəbiolla Heydərlinin ailəsində problemlər olub. Bu barədə mərhum  ölümündən əvvəl iş yoldaşlarına, yaxınlarına deyib. Klinikanın baş həkimi İlqar Yusubov isə APA TV-yə bildirib ki, Heydərlinin iş otağında özünü asmasının klinika ilə heç bir bağlılığı yoxdur. Sitat: Xəbər tutan kimi dərhal polisə və hüquq mühafizə orqanlarına məlumat verdik. Baş həkim mərhumun ailəsindəki problemdən xəbərsiz olduğunu, lakin mərhumun son günlər narahat göründüyünü bildirib. 

 

 

 

*****

 

10:34

 

Bakıda xəstəxanada intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Nizami rayonu Qara Qarayev prospekti 69 ünvanında yerləşən "Xəzər" klinikasında baş həkimin təsərrüfat işləri üzrə müavini Heydərli Nəbiulla İsa oğlu özünü iş otağında asaraq intihar edib. Onun asılı vəziyyətdə qalmış meyiti iş otağının qapısının çərçivəsindən iplə asılmış vəziyyətdə aşkarlanıb.

 

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5495
avatar

Oxşar yazılar