Bakıda azyaşlı uşaq dənizdə boğulub. Lent.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Məlumata görə, 5 yaşlı Yəhya Xəlilov Kürdəxanı qəsəbəsi ərazisində çimərlikdə itkin düşüb. Axtarışlar nəticəsində itkin düşmüş Yəhya Xəlilovun meyiti Kürdəxanı qəsəbəsində yerləşən çimərlikdə tapılıb. O, suda boğulub.
Faktla bağlı araşdırma aparılır.