Bakıda avtomobilləri yandıran cinayətkar dəstə zərərsizləşdirildi
20 oktyabr 2014 10:44 (UTC +04:00)

Bakıda avtomobilləri yandıran cinayətkar dəstə zərərsizləşdirildi

Bakıda avtomobilləri qaçıraraq yandıran dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 14-də Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində, orada yaşayan Münasib Hüseynliyə məxsus «VAZ-2106» markalı avtomobil qaçırılıb.

Bakı şəhər BPİ TŞX və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıranlar -  Bakı şəhər sakinləri 1997-ci il təvəllüdlü Fərid Əsgərov, 1996-cı il təvəllüdlü Əziz Quliyev və 1995-ci il təvəllüdlü Mirsaleh Axundov oktyabrın 18-də Maştağa qəsəbəsi Nizami küçəsində avtomobili ön hissəsi əzik vəziyyətdə idarə edərkən tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, Fərid Əsgərov bundan başqa, Sabunçu qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Emil Muradov, 1996-cı il təvəllüdlü Qüdrət Əliyev, 1995-ci il təvəllüdlü Nicat Abdullayev və 1988-ci il təvəllüdlü Vasif Baxşıyev ilə birlikdə sentyabrın 26-na keçən gecə Maştağa qəsəbəsi H.Abbasov küçəsində, orada yaşayan Şöhrət Zülfüqarova məxsus «VAZ-2102» markalı avtomobili qaçırmış və saat 15 radələrində avtomobil B.Dadaşov küçəsində tam yanmış vəziyyətdə aşkar edilib. Onlar sentyabrın 27-də Maştağa qəsəbəsi Savalan yaşayış sahəsindən Kürdəmir rayon sakini Yalçın İsmayılova məxsus «VAZ-21011» markalı avtomobili qaçırıblar və maşın Maştağa qəsəbəsi Nizami küçəsində tam yanmış vəziyyətdə aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçıları olan E.Muradov, Q.Əliyev, N.Abdullayev və V.Baxşıyev də yaxalanıblar. 

 

Araşdırmalar davam etdirilir.

# 2158
avatar

Oxşar yazılar