Bakıda avtomobil yandı:  sürücü son anda xilas oldu
20 iyun 2016 07:37 (UTC +04:00)

Bakıda avtomobil yandı: sürücü son anda xilas oldu

0

Bakıda hərəkətdə olan maşın yanıb, sürücü son anda xilas olub.

 

APA-nın məlumatına görə, hadisə aeroport yolunun Sabunçu stansiyasına dönən hissəsində qeydə alınıb.

 

Fərasət Şıxıyev idarə etdiyi 99 AV 976 dövlət nömrə nişanlı "VAZ 21015" ilə  üzü aeroport istiqamətində hərəkətdə olarkən maşın qəfil alovlanmağa başlayıb. Avtomobilinin alovlanmasından xəbərsiz sürücünü isə yanından keçən digər sürücülər xəbərdar ediblər.

 

Son anda avtomobilini yolun kənarına çəkməyə macal tapan sürücü cəld maşını tərk edib. Bu zaman alov maşını tamamilə bürüyüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəliblər. Yanğına cəld müdaxilə edən yanğınsöndürənlər, ərazidə əlavə təhlükəsizlik tədbirləri görüblər.

 

Əraziyə yol polisi əməkdaşları da gəliblər. Yanğının baş vermə səbəbi aparılan araşdırma nəticəsində məlum olacaq. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar