Bakıda avtomobil təmiri sexi yandı
09 iyul 2015 05:52 (UTC +04:00)

Bakıda avtomobil təmiri sexi yandı

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda avtomobil təmiri sexində təmirə dayanmış “Mercedes“ markalı minik avtomobili yanıb və yaxınlıqda dayanmış dövlət qeydiyyat nişanı məlum olmayan “Hyundai" markalı minik avtomobilinin arxa hissəsi əriyib.

 

Avtomobilin qalan hissəsi və təmir sexində dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar